Operativ Məlumat Mərkəzi

Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edilib - 19.12.2024

1 dəq
Paylaş:
Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edilib - 19.12.2024
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) dekabrın 28-29-u tarixlərinə Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. "Operativ Məlumat...

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) dekabrın 28-29-u tarixlərinə Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Bu, bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə həyata keçirilir.

ADY bildirir ki, bayram günlərində - dekabrın 30-dan yanvarın 5-dək, Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlar hər gün hər iki istiqamətdə hərəkətdə olacaq.

“Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”, - məlumatda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər