Əsas məzmuna keç

Azərbaycanın PUA bölmələri şərti düşmənin yerüstü hədəflərini zərbələrlə məhv ediblər

Azərbaycanın PUA bölmələri şərti düşmənin yerüstü hədəflərini zərbələrlə məhv ediblər

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə təlim-məşq...

Müdafiə nazirinin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrində (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

PUA heyətləri müəyyən edilmiş marşrutlar üzrə hava kəşfiyyatının aparılması, düşmənə məxsus hədəflərin koordinatlarının təyin olunaraq dəqiq aviasiya zərbələri ilə məhv edilməsi, eləcə də digər fəaliyyətləri yerinə yetiriblər.

Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…