Əsas məzmuna keç

Azərbaycanın hərbi helikopterləri şərti hava kəşfiyyatı aparıblar

Azərbaycanın hərbi helikopterləri şərti hava kəşfiyyatı aparıblar

bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2024-cü ilin hazırlıq planına əsasən, uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul...

Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin hazırlıq planına əsasən, uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların uçuşunun şərtləri və qaydaları barədə nəzəri bilikləri yoxlanılıb.

Daha sonra helikopterlərə nəzarət baxışı keçiriblər.

Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən pilotlar təlim-məşq uçuşlarının planına uyğun olaraq, helikopterlərlə havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, hava və yerüstü hədəflərin aşkar edilməsi, komanda-qərargah məntəqələri ilə əlaqələrin yaradılması, eləcə də digər fəaliyyətlər üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.

Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədilə keçirilən təlim-məşq uçuşlarında pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…