Prezident İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə bu gün keçirdiyi təkbətək görüşdə Azərbaycandan həmin bölgəyə birbaşa aviareyslərin açılması müzakirə olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bundan başqa, görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.