Əsas məzmuna keç

Azərbaycanda ezamiyyə xərclərinin məbləği artırılıb

Azərbaycanda ezamiyyə xərclərinin məbləği artırılıb

bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması müəyyən...

“Ezamiyyə xərclərinin normaları haqqında” Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması edilib. Belə ki, Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat məbləği Bakı şəhərində 125,0 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95,0 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90,0 manat kimi müəyyənləşib.

Sənədə əsasən, Azərbaycan Respublikası ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizini mehmanxana xərcləri təşkil edir. Bundan əvvəl bu rəqəm 80 faiz idi.

Ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili , rabitə və digər xidmətlərlə bağlı xərclər) daxildir.

Hökumət Azərbaycanın Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmələri ilə bağlı göstəriş verib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…