Əsas məzmuna keç

Əhalisinin sayı üç mindən az olan bələdiyyələr birləşdirilir

Əhalisinin sayı üç mindən az olan bələdiyyələr birləşdirilir

Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub. "Operativ Məlumat...

İlham Əliyevin təqdimatı ilə Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu parlamentin məsələlər komitəsinin sədri Siyavuş qanunverici orqanın fevralın 23-də keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, layihələr bələdiyyələrin problemlərinin həlli ilə bağlıdır və artıq komitəyə təqdim olunub: “Layihələrdə bələdiyyələrin sayının azaldılması, birləşməsi ilə bağlı məsələ yer alıb”.

S.Novruzov bildirib ki, layihələrdən biri “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında”, həm də “Bələdiyyələrin statusu haqqında”dır: “Belə ki, sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük yaradılacaq. Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…