Əsas məzmuna keç

Azərbaycan və Türkiyə birgə hərbi təlimlərinin intensivliyi artırılacaq

Azərbaycan və Türkiyə birgə hərbi təlimlərinin intensivliyi artırılacaq

Azərbaycanın general-polkovnik ölkəmizdə səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə təlimlərin intensivliyinin artırılması məsələlərini müzakirə ediblər.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin Bəyannaməsinə əsasən müttəfiqlik münasibətlərinə söykəndiyi diqqətə çatdırılıb.

Bu Bəyannamənin ikitərəfli əlaqələrin inkişafında müstəsna rolu olduğu xüsusi vurğulanıb.

Görüşdə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi, regionda və dünyada cərəyan edən hərbi-siyasi proseslər, bölgədə sabitliyin təmin edilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…