Operativ Məlumat Mərkəzi

Azərbaycan və Pakistan Quru Qoşunları arasında təlimat sənədi imzalanıb

1 dəq
Paylaş:
Azərbaycan və Pakistan Quru Qoşunları arasında təlimat sənədi imzalanıb
bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan-Pakistan arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf...

Azərbaycan Ordusunun Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov Azərbaycanda rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşif ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan-Pakistan arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə təcrübə mübadiləsinin aparılması üçün keçirilən birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb.

Sonda "Azərbaycan Ordusunun Quru Qoşunları ilə Pakistan Ordusunun Quru Qoşunları arasında Qərargah danışıqlarının keçirilməsinə dair Təlimat" imzalanıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər