Əsas məzmuna keç

Azərbaycan və Niderland XİN rəhbərləri görüşüb

Azərbaycan və Niderland XİN rəhbərləri görüşüb

bu barədə XİN-in "X" hesabında bildirilib. Görüşdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Xarici İşlər...

Azərbaycanın naziri ATƏT-in Vyanada keçirilən 32-ci Nazirlər Şurası iclası çərçivəsində Niderlandın XİN rəhbəri Veel ilə görüş keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib.

Görüşdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb. Bu format çərçivəsində ikitərəfli əlaqələrin inkişafı, tədbirlərdə qarşılıqlı təmaslar və yüksək səviyyəli səfərlərin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…