Əsas məzmuna keç

Azərbaycan və Çexiya işgüzar əlaqələri müzakirə edib

Azərbaycan və Çexiya işgüzar əlaqələri müzakirə edib

Praqada Azərbaycan və Çexiya ticarət, investisiya və işgüzar əlaqələrə dair Konfrans keçirilib. "Operativ Məlumat Mərkəzi-OMM" İqtisadiyyat Nazirliyinə...

Praqada və Çexiya , investisiya və işgüzar əlaqələrə dair Konfrans keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbir nazir müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çexiyaya səfəri çərçivəsində baş tutub.

Konfransda ticarət, investisiya, KOB sahələrində , “yaşıl ”, innovasiya, enerji və layihələri, su idarəçiliyi və s. məsələlər müzakirə olunub, bu istiqamətlər üzrə tərəfdaşlıq imkanlarına dair təqdimatlar olub.

Daha sonra S.Məmmədov Çexiyada “Şkoda Avto”, “Şkoda Transportation”, “Tatra”, “AZD Praha” və “Mavel” şirkətlərinin təmsilçiləri ilə görüşüb, həmin görüşlərdə ölkəmizdəki işgüzar mühit, sənaye zonalarında tətbiq edilən güzəşt və imtiyazlar, ölkəmizdə avtomobil və onun ehtiyat hissələrinin istehsalının lokallaşdırılması, Azərbaycan şirkətləri ilə əməkdaşlıq məsələləri və s. barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, AZPROMO, KOBİA, 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC-nin nümayəndələri də Çexiyanın müvafiq qurumları ilə ikitərəfli tərəfdaşlığa dair məhsuldar görüşlər keçiriblər.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…