Əsas məzmuna keç

Azərbaycan Ordusunun mövqeləri yenidən intensiv atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri yenidən intensiv atəşə tutulub

İyunun 17-si saat 14:30-dan 14:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində...

İyunun 17-si saat 14:30-dan 14:55-dək silahlı qüvvələrinin bölmələri yenidən Ordusunun və Laçın rayonları istiqamətlərində mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri mülki geyimdə Ağdam rayonu istiqamətində yerləşən mövqelərimizin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…