Əsas məzmuna keç

Azərbaycan millisi Bakıda İsveç yığmasını darmadağın edib

Azərbaycan millisi Bakıda İsveç yığmasını darmadağın edib

Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda İsveçi qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma komandamızın 3:0...

üzrə millisi AVRO-2024-ün mərhələsində növbəti keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Canni De Byazinin olduğu kollektiv Bakıda İsveçi qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 3-cü və 89-cu dəqiqədə kapitan Emin Mahmudov və 6-cı dəqiqədə Renat Dadaşov vurub.

57-ci dəqiqədə Bəhlul Mustafazadə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Beləliklə, yığmamız tarixində ilk dəfə Skandinaviya təmsilçisini məğlubiyyətə uğradıb. Millimiz bu nəticə ilə İsveçlə xallarının sayını bərabərləşdirib. Hər iki kollektivin hazırda 7 xalı var.

F qrupunun digər görüşündə Avstriya səfərdə Estoniyanı məğlub edib - 2:0.

Qeyd edək ki, Azərbaycan komandası seçmə mərhələdəki sonuncu matçını səfərdə Belçiya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…