Əsas məzmuna keç

Azad olunmuş ərazilərə xərclənən vəsaitin həcmi açıqlanıb

Azad olunmuş ərazilərə xərclənən vəsaitin həcmi açıqlanıb

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin 1-ci rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə...

İşğaldan azad ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin 1-ci rübündə sifarişçi tərəfindən layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 20,3 faizi həcmində və yaxud 812,3 istifadə olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, 2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb. 2025-ci ildə isə bu istiqamətdə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…