Əsas məzmuna keç

Azad edilən ərazilərdə faydalı qazıntı yataqları daha 2 il birbaşa istifadəyə veriləcək

Azad edilən ərazilərdə faydalı qazıntı yataqları daha 2 il birbaşa istifadəyə veriləcək

bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti...

10 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa yolu ilə verilməsi hallarının Siyahısı”na dəyişiklik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı yeni qərar imzalayıb.

Qərara əsasən, işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı yataqları istifadəyə verilməsi, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə ayrılan yerin təki sahələri işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə birbaşa danışıqlar yolu ilə istifadəyə verilməsi müddəti daha 2 il artırılaraq 2027-ci il yanvarın 1-nə qədər uzadılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…