Əsas məzmuna keç

Ayxan Hacızadə: Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir

Ayxan Hacızadə: Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir

bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb. “Bu, çoxdan gözlənilən tarixi hadisədir. Azərbaycan və...

Dörd kəndin Azərbaycana qaytarılması çoxdan tarixi hadisədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin katibi Ayxan Hacızadə "X" hesabında yazıb.

“Bu, çoxdan gözlənilən tarixi hadisədir. Azərbaycan və arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının səkkizinci iclasının yekunları üzrə İrəvan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına verib”, - paylaşımda qeyd edilib.

Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…