Böyük Britaniya Avropadan qayıdan turistlərə özləri ilə ət və süd məhsulları gətirməyi qadağan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Yeni siyasət minlərlə Britaniya vətəndaşının Pasxa bayramları üçün xaricə səyahətə hazırlaşdığı bir vaxtda qüvvəyə minir.
Qərarın səbəbi ölkədə dabaq xəstəliyinə qarşı ehtiyat tədbirləri görməkdir.
Britaniya hökumətinin qərarına əsasən, Böyük Britaniyaya qayıdan sərnişinlər bundan sonra özləri ilə mal, donuz, quzu, geyik və keçi əti və ya süd məhsulları daşıya bilməyəcəklər.
Yeni qaydalar hətta kiçik miqdarda yemək hədiyyələrini, məsələn, Fransadan gələn pendir və ya Almaniyadan gələn kolbasaları da əhatə edir.