Operativ Məlumat Mərkəzi

Avropa Komissiyasının rəsmisi Azərbaycana səfər edəcək

2 dəq
Paylaş:
Avropa Komissiyasının rəsmisi Azərbaycana səfər edəcək
Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero iyunun 1-də Azərbaycana səfər edəcək. Bu...

Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Borrero iyunun 1-də Azərbaycana səfər edəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -ə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

Səfər çərçivəsində Kristina Lobillo Borrero Bakı Enerji Forumunda iştirak edəcək.

Xatırladaq ki, paytaxtında mayın 31-dən iyunun 3-dək Bakı Enerji Həftəsi keçiriləcək. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci “ Oil & Gas” sərgisi, 11-ci “Caspian Energy and Green Energy” Beynəlxalq “Caspian Power” sərgisi və 28-ci Bakı Enerji Forumu keçiriləcək.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, Gürcüstan, İspaniya, İsrail, İtaliya, Qazaxıstan, Kanada, Çin, Küveyt, Monako, Niderland, Norveç, BƏƏ, Rumıniya, Rusiya, , Serbiya, Sinqapur, ABŞ, Tailand, Türkiyə, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, İsveçrə və Yaponiyadan olan 164 şirkət iştirakını təsdiqləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax