Operativ Məlumat Mərkəzi

"Atletiko" Romeronu heyətinə qata bilər

1 dəq
Paylaş:
"Atletiko" Romeronu heyətinə qata bilər
27 yaşlı futbolçu karyerasını İspaniyada davam etdirməkdə maraqlıdır. “Matrasçılar”ın rəhbərliyi transferi iyunun ortalarında başlayacaq Klublararası...

"Atletiko Madrid" "Tottenhem"in mərkəz müdafiəçisi Kristian Romeronun transferini başa çatdırmağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını İspaniyada davam etdirməkdə maraqlıdır.

“Matrasçılar”ın rəhbərliyi transferi iyunun ortalarında başlayacaq Klublararası Dünya Çempionatına qədər həll etməyi planlaşdırır.

Madrid klubu 40-50 milyon avro təklif etməyə hazırdır, lakin "Spurs" təxminən 70 milyon avro istəyir.

"Transfermarkt" mütəxəssisləri Kristian Romeronun dəyərini 55 milyon avro qiymətləndirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər