Əsas məzmuna keç

Astarada qanunsuz sənədlə aliment alan şəxs müəyyən edilib

Astarada qanunsuz sənədlə aliment alan şəxs müəyyən edilib

Astara rayonunun Kakalos Ailə Sağlamlıq Mərkəzi və Lənkəran rayon Mamusta ASM-in vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Astara Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, araşdırma zamanı həmin Mərkəzlərin vəzifəli şəxsləri tərəfindən vətəndaş Könül Ağayevanın guya 2016-cı ildə uşaq dünyaya gətirməsinə dair rəsmi tibbi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, bunun əsasında sonuncunun mövcud olmayan həmin uşağa dair qanunsuz olaraq şəhadətnamə və vəsiqəsi əldə etməsi və qeyd olunan saxta sənədlərdən istifadə etməklə məhkəmə qətnaməsi əsasında xeyrinə tutulmasına nail olmasına əsaslı edilib.

Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə) maddələri ilə başlanıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…