Operativ Məlumat Mərkəzi

Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib

1 dəq
Paylaş:
Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Türkiyə və Ermənistan enerji sahəsində əməkdaşlıq imkanlarını qiymətləndiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" hesabında yazıb.

"İstanbulda Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanla görüşdük. Görüş zamanı Türkiyə və Ermənistan arasında enerji sahəsində əməkdaşlıq imkanlarını qiymətləndirdik", - o bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər