Əsas məzmuna keç

ANAMA mina təhlükəsi ilə bağlı yenidən vətəndaşlara müraciət edib

ANAMA mina təhlükəsi ilə bağlı yenidən vətəndaşlara müraciət edib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bu gün Tərtər rayonunun işğaldan azad olmuş hissəsində baş verən mina partlayışı ilə əlaqədar növbəti dəfə...

Minatəmizləmə Agentliyi () bu gün rayonunun işğaldan azad hissəsindəbaş verən mina partlayışı ilə əlaqədar növbəti dəfə vətəndaşlara müraciət edib.

Bu barədə Agentlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan məlumatda qeyd edilib.

"ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlu minaya düşüb.

Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…