"Almaniya Rusiyaya təzyiqi artırmaq və Kiyevə yeni maliyyə və hərbi yardım paketi çatdırmaq niyyətindədir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib.
"Biz Rusiyaya təzyiq göstərməkdə davam edirik və NATO müttəfiqləri olaraq bunu artırmaq niyyətindəyik. Bu məqsədlə Almaniya Ukrayna üçün 200 milyon dollar dəyərində müdafiə avadanlığı alacaq və bu mexanizm çərçivəsində iki partiyada çatdırılacaq. Berlin həmçinin NATO Etimad Fondunun Hərtərəfli Yardım Paketi çərçivəsində Ukraynaya əlavə 25 milyon avro ayıracaq", - o qeyd edib.