Əsas məzmuna keç

Aİ-nin enerji komissarı Pərviz Şahbazovla görüşüb

Aİ-nin enerji komissarı Pərviz Şahbazovla görüşüb

bu barədə Aİ komissarı "Twitter" hesabında bildirib. "Keçən il enerji böhranının pik nöqtəsində Cənub Qaz Dəhlizi (CQD) Aİ üçün boru kəməri ilə qaz...

Azərbaycanda səfərdə olan Avropa İttifaqının məsələləri üzrə komissarı energetika naziri Şahbazovla görüşüb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə Aİ komissarı "Twitter" hesabında bildirib.

"Keçən il enerji böhranının pik nöqtəsində Cənub Qaz Dəhlizi (CQD) Aİ üçün kəməri ilə qaz təchizatının həlledici mənbəyi olduğunu sübut etdi. 2022-ci ildə CQD vasitəsilə Aİ-yə ötürülən qazın həcmi 2021-ci illə müqayisədə 40%-dən çox artaraq 8 milyard kubmetrdən 11,4-ə yüksəlib".

Aİ komissarı vurğulayıb ki, 5 ildən sonra, yəni CQD-inin imkanlarının genişləndirilməsi ilə bağlı işlər başa çatdıqdan sonra boru kəməri vasitəsilə Aİ-yə hər il 20 milyard kubmetr təbii qaz ötürmək mümkün olacaq.

Aİ komissarı Kadri Simson qeyd edib ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə görüşündə tərəflərin növbəti addımları müzakirə edilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…