Operativ Məlumat Mərkəzi

Agentlik: Ötən ay 3,9 min şəxsə əlillik təyin edilib

1 dəq
Paylaş:
Agentlik: Ötən ay 3,9 min şəxsə əlillik təyin edilib

Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3,9 min şəxsə əlillik təyin edilib.

Agentliyin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, onlardan 1,7 mininə ilkin, 2,2 mininə isə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər