Əsas məzmuna keç

"ABŞ-nin bu cür hərəkətləri BMT Nizamnaməsinin məqsəd və prinsiplərini pozur"

"ABŞ-nin bu cür hərəkətləri BMT Nizamnaməsinin məqsəd və prinsiplərini pozur"

bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib. Diplomat vurğulayıb ki, ABŞ tərəfinin digər ölkələrdən gələn gəmiləri özbaşına saxlamaq...

"Çin ABŞ tərəfindən xarici gəmilərin özbaşına ələ keçirilməsinə və qanunsuz birtərəfli sanksiyaların tətbiq edilməsinə qəti şəkildə qarşı çıxır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib.

Diplomat vurğulayıb ki, ABŞ tərəfinin digər ölkələrdən gələn gəmiləri özbaşına saxlamaq hərəkətləri hüququ ciddi şəkildə pozur.

O əlavə edib ki, Pekin beynəlxalq hüquqi və ya BMT Şurasının mandatı olmayan birtərəfli sanksiyalara davamlı olaraq qarşı çıxır.

Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, bu cür hərəkətlər BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, eləcə də digər dövlətlərin suverenliyini və təhlükəsizliyini pozur.

Çin tərəfi Venesuelanın müstəqil inkişaf və normal beynəlxalq hüququnu dəstəklədiyini bildirib.

Xatırladaq ki, dekabrın 10-da ABŞ prezidenti Tramp Venesuela xam neftini daşıyan sanksiyalı neft tankerinin izləndiyini elan edib və ABŞ-nin nefti müsadirə etməyi planlaşdırdığını bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…