Əsas məzmuna keç

ABŞ Çinə tətbiq etdiyi tarifləri azaldacaq

ABŞ Çinə tətbiq etdiyi tarifləri azaldacaq

ABŞ prezidenti administrasiyası Pekinlə gərginliyi azaltmaq məqsədilə Çinə tarifləri azaltmağı düşünür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Wall Street Journal” portalı məlumat yayıb.

Ağ Evdəki yüksək səviyyəli mənbənin sözlərinə görə, Çin mallarına rüsumlar 50-65%-ə endirilə bilər.

Digər variant isə çoxpilləli tarif şkalasının tətbiqidir: ABŞ-ın milli təhlükəsizliyinə təhdid hesab edilməyən malların idxalına 35%, strateji əhəmiyyətli mallara isə 100%-dən az olmamaq ilə tarif tətbiq edilə bilər.

Tramp əvvəllər Çin mallarına tətbiq etdiyi 145%-lik rüsumların çox yüksək olduğunu etiraf etmiş və Pekinlə ticarət razılaşması əldə etdikdən sonra onları azaldacağını vəd etmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…