Əsas məzmuna keç

6 nəfər imtahandan qovuldu

6 nəfər imtahandan qovuldu

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün...

Xəbər kimi, bu gün Dövlət İmtahan Mərkəzi I və IV qrupları (o cümlədən III üzrə DT və TC altqruplarının hər ikisini üçün coğrafiya ) üzrə qəbul imtahanı keçirib.

DİM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, ilkin məlumatlara əsasən, 6 nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar.

“Bir daha xatırladırıq ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və həmin şəxslər ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmırlar”, - məlumatda bildirilib.

Qeyd edək ki, bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…