Əsas məzmuna keç

100-ə yaxın avtomobilin iştirakı ilə zəncirvarı qəza - VİDEO

100-ə yaxın avtomobilin iştirakı ilə zəncirvarı qəza - VİDEO

Qazaxıstanın Akmola vilayətində sürücülərin rejimini və məsafəni pozması nəticəsində 95 avtomobilin iştirakı ilə zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" Qazaxıstanın KİV-lərinə istinadla bildirir ki, qəza kəndi yaxınlığında, yolun 153-cü kilometrliyində baş verib.

Hazırda hadisə yerində və fövqəladə hallar xidmətinin əməkdaşları tədbirlər görür. Avtomobillərin təxliyəsi və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi həyata keçirilir.

Daha əvvəl təcili yardım xidmətləri bölgədə hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq etmiş və bütün sürücülərə, xüsusilə şəhərkənarı yollarda səyahətdən çəkinməyi tövsiyə etmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…