Operativ Məlumat Mərkəzi

Zəngilanda otel kompleksinin təməli qoyulub

2 dəq
Paylaş:
Zəngilanda otel kompleksinin təməli qoyulub

Mayın 4-də Zəngilanda otel kompleksinin təməlqoyma mərasimi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin İşlər Ramin Quluzadə dövlət başçısına kompleksin layihəsi barədə məlumat verib.

Bildirilib ki, Zəngilanın bərpası konsepsiyasında şəhərin potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Otel müasir səviyyədə inşa olunacaq, rayona səfərə gələnlərin rahatlığı üçün burada hər cür yaradılacaq.

Diqqətə çatdırılıb ki, 110 nömrədən ibarət olacaq otel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, qapalı və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. Otel kompleksinin ərazisində, həmçinin 15 kottec də qonaqların istifadəsinə veriləcək.

Bir sözlə, müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi otel kompleksi müasir standartlar səviyyəsində inşa olunacaq.

Sonra İlham Əliyev otel kompleksinin təməlini qoyub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax