Operativ Məlumat Mərkəzi

Zelenski: Trampla təkbətək çox şeyi müzakirə etdik

1 dəq
Paylaş:
Zelenski: Trampla təkbətək çox şeyi müzakirə etdik

Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Trampla görüşünün təfərrüatını açıqlayıb. O, görüşü “çox simvolik” adlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə V.Zelenski “Telegram” səhifəsində yazıb.

"Yaxşı görüş oldu. Biz çox şey müzakirə edə bildik. Biz deyilənlərin hamısından nəticəyə ümid edirik. Xalqımızın həyatının qorunması. Tam və qeyd-şərtsiz atəşkəs. Müharibənin təkrarlanmasından qoruyacaq etibarlı və davamlı sülh", - deyə Zelenski bildirib.

Zelenski daha sonra qeyd edib: "Ümumi nəticələr əldə etsək, bunun tarixi olmaq potensialı var. Təşəkkür edirəm, Donald !"

Qeyd edək ki, aprelin 26-da Vatikanda aprelin 21-də vəfat edən Papa Fransiskin dəfn mərasimi keçirilib. Mərasimdə minlərlə dindar və 50-yə yaxın dünya lideri iştirak edib. Tədbirdə fevralın 28-də Ağ Evdə baş verən mübahisədən sonra ilk dəfə Zelenski ilə Tramp arasında şəxsi görüş keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr