Əsas məzmuna keç

Zaqatalada yağışın miqdarı 154 mm-ə çatıb - FAKTİKİ HAVA

Zaqatalada yağışın miqdarı 154 mm-ə çatıb - FAKTİKİ HAVA

Azərbaycanda avqustun 14-ü saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Bu barədə "Operativ Məlumat...

Azərbaycanda avqustun 14-ü saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə leysan xarakterli yağış yağıb, çaxıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub.

Düşən yağıntının Zaqatalada 154 ( normanın 208 %-i), Balakəndə 35 (aylıq normanın 47 %-i), Oğuzda 10, Qaxda (Sarıbaşda) 9, Şəkidə 8, Cəlilabadda 4, İmişlidə 3, Şahdağ, Lənkəran, Qəbələ, Xınalıq, Qobustan, Qrız, Xaltan, Biləsuvar, Astara, Neftçala, Şamaxı, eyni zamanda Bakıda və yarımadasında 2 mm-dək qeydə alınıb.

Avqustun 13-ü saat 17:30 radələrində Kəlbəcər rayonunun Boyaxlı, İstisu, Çıraxlı kəndlərinə dolu düşüb.

Lerik, , Qax, Qrız, Qusarda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…