Operativ Məlumat Mərkəzi

Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır - 12.11.2025

2 dəq
Paylaş:
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır - 12.11.2025

Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi müddətinin 6 ay azaldılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin , və korrupsiyaya qarşı müdafiə komitəsinin iclasında müzakirə edilir.

Qüvvədə olan qanuna əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin ehtiyatdan həqiqi hərbi xidmətə və ya könüllü daxil olan zabitlər üçün 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 3 ilə qədədr.

Layihəyə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bu müddət 1 il (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu müddət 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır) olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax