Operativ Məlumat Mərkəzi

Z.Həsənov ordunun kibertəhlükəsizliklə bağlı təlimini izləyib

2 dəq
Paylaş:
Z.Həsənov ordunun kibertəhlükəsizliklə bağlı təlimini izləyib

general-polkovnik və nazirliyin digər rəhbər heyəti " təlimi - 2023" təlimini izləyib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Baş idarə rəisi general-mayor Məmməd Eminov Kibertəhlükəsizlik qovşağında təlimlə bağlı müdafiə nazirinə məruzə edib.

Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd Ordusunun Elektron İnformasiya Sisteminin tərkibində bütün növ qərargahlarla, həmçinin komanda məntəqələri ilə məlumatların təhlükəsiz mübadiləsini təmin etmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də sistemdə və digər informasiya resurslarında mövcud təhlükələr barədə istifadəçilərin maarifləndirilməsi, ehtimal olunan kiber hücumlara qarşı müdafiə qabiliyyətinin inkişaf etdirilməsidir.

Ən yeni texnoloji avadanlıqlarla təchiz edilmiş qovşaqda keçirilən təlimdə hərbi qulluqçular kiber tədbirləri üzrə müxtəlif tapşırıqları icra etməklə bilik və bacarıqlarını daha da təkmilləşdirəcəklər.

Müdafiə naziri təlimin gedişatını müsbət qiymətləndirib və Azərbaycan Ordusunda kibertəhlükəsizlik tədbirlərinin daha da inkişaf etdirilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax