Operativ Məlumat Mərkəzi

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanının nəticələri açıqlanıb

2 dəq
Paylaş:
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanının nəticələri açıqlanıb

Dördüncü “Yüksəliş” müsabiqəsinin imtahanının nəticələri açıqlanıb.

Müsabiqənin İşçi Qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, şəxsi kabinetinə daxil olaraq bölməsində imtahan nəticələri ilə tanış ola bilərlər.

Ümumilikdə 1311 iştirakçı imtahanı uğurla tamamlayaraq əyani mərhələnin idarəetmə bacarıqları imtahanında iştirak etmək haqqı qazanıb. Həmin imtahanla bağlı ətraflı məlumat tezliklə iştirakçıların şəxsi kabinetinə yerləşdiriləcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax