Operativ Məlumat Mərkəzi

Yol polisi qarın yarada biləcəyi​ fəsadlarla bağlı xəbərdarlıq edib

2 dəq
Paylaş:
Yol polisi qarın yarada biləcəyi​ fəsadlarla bağlı xəbərdarlıq edib

Daxili İşlər Nazirliyinin (DİN) ​Baş Dövlət İdarəsi (BDYPİ) qarın yarada biləcəyi​ fəsadlarla bağlı edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində müşahidə olunan ilə əlaqədar hazırda respublika əhəmiyyətli avtomobil yollarında məhdudiyyət tətbiq edilməsə də, əsasən dağlıq və dağətəyi rayonlarda yağan intensiv qar nəqliyyatın hərəkətində bir sıra çətinliklər yaradıb:

"Hazırda BDYPİ-nin Yol Patrul Xidməti Alayının və ərazi polis orqanlarının Dövlət Yol Polisi əməkdaşları ötən gün gecə saatlarından başlayaraq aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərir".

"BDYPİ​ mövcud hava şəraiti ilə əlaqədar​ yollarda meydana gələ biləcək xoşagəlməz halların qarşısının alınması üçün bir daha sürücülərə müraciət edərək, hava şəraitini düzgün qiymətləndirməyi, yolların buz bağlama ehtimalını nəzərə alaraq ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki- baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir. Qarlı, buzlu yollarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının dəfələrlə artmasını nəzərə alaraq piyadalara ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur", - xəbərdarlıqda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax