Əsas məzmuna keç

Yol polisi Formula-1-lə əlaqədar sürücülərə müraciət edib

Yol polisi Formula-1-lə əlaqədar sürücülərə müraciət edib

bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib. Qeyd edilib ki, eyni zamanda, 20-ci sahə, Bayıl qəsəbəsində...

Sabah başlayacaq “2025 Formula 1 Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq, xüsusilə paytaxtın cənub qapısında təhlükəsizliyinin təmin edilməsi və sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur ki, cənubdan mərkəzə doğru, yəni "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla "20 Yanvar" və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət İdarəsinin sürücülərə müraciətində bildirilib.

Qeyd edilib ki, eyni zamanda, 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.

"Bununla yanaşı, yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız vasitələri ilə hərəkət etmələri xahiş olunur", - müraciətdə vurğulanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…