Operativ Məlumat Mərkəzi

Yevlaxda su hövzəsinə çirkab suyu axıdan şəxs cərimələnib

2 dəq
Paylaş:
Yevlaxda su hövzəsinə çirkab suyu axıdan şəxs cərimələnib

Yevlaxda su hövzəsinə suyu axıdan şəxs cərimələnib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Xidmətinin Bərdə qrupundan məlumat verilib.

Bildirilib ki, Rayon Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbir keçirilib. Tədbir zamanı çirkab suyunun su hövzəsinə axıdılması, eləcə də məişət tullantılarının su hövzəsinin kənarında qalaqlanması faktı aşkar edilib.

Qeyd olunan faktla bağlı bir nəfər inzibati məsuliyyətə cəlb edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 264.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) maddəsinə əsasən protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax