Əsas məzmuna keç

Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimiz uğur qazanıb

Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimiz uğur qazanıb

Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin IX sinif şagirdi Fərhad İskəndər qızıl medal, Bakı şəhəri Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif...

24-29 iyun 2025-ci il tarixlərində Şimali Makedoniyanın Struqa şəhərində Yeniyetmələrin 29-cu Olimpiadasında (JBMO 2025) milli komandamız uğurla çıxış edərək 1 , 2 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 5 qazanıb.

Təhsil İnstitutundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, xəbər verir ki, Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin IX sinif şagirdi Fərhad İskəndər qızıl medal, Bakı şəhəri Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdləri Hüseyn Zeynalov və Fərrux Burzu gümüş medal, Şəki şəhəri Kimya-biologiya təmayüllü liseyin IX sinif şagirdi Turan Musayev və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Murad Səfərli bürünc medal qazanıblar.

Qeyd edək ki, qızıl medal qazanan şagirdimiz Fərhad İsgəndər olimpiadada təqdim edilən bütün tapşırıqları həll edərək mümkün 40 baldan maksimum nəticə, yəni 40 bal toplayaraq olimpiadanın “First of first” (“Birincilərin birincisi”) nominasiyasına layiq görülüb.

Şagirdlərimizi təbrik edir, gələcək müsabiqələrdə daha böyük nailiyyətlər arzulayırıq.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…