Operativ Məlumat Mərkəzi

Yeni Klinikaya yeni direktor müavinləri təyin olunub

2 dəq
Paylaş:
Yeni Klinikaya yeni direktor müavinləri təyin olunub

Tibbi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar tərəfindən TƏBİB tabeliyində göstərən Yeni Klinikanın direktoru Barat Yusubov və müavinləri - Somatika və insult mərkəzinin rəhbəri Pərvin Əkbərov, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov kollektivə təqdim olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə TƏBİB-in Xidmətindən məlumat verilib.

Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov Barat Yusubovun, Pərvin Əkbərovun, eləcə də Eldar Əhmədovun səhiyyə sahəsində uzunmüddətli, səmərəli fəaliyyət göstərdiyini vurğulayıb.

O, yeni təyinatların Yeni Klinikanın müasir tələblərə daha da uyğun olaraq inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edəcəyinə inandığını bildirib.

“Qafqazın ən böyük tibb müəssisəsi olan Yeni Klinikada daha geniş spektrli tibbi fəaliyyət nəzərdə tutulub, qısa müddətdə burada çoxprofilli mərkəzlər yaradılaraq əhalinin istifadəsinə veriləcək”.

İcraçı direktor TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsinin, strukturun və idarəetmənin təkmilləşdirilməsinin bundan sonra da davam etdiriləcəyini qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax