Operativ Məlumat Mərkəzi

Yayılması qadağan edilən informasiyaların dairəsi genişləndirilir - 19.12.2025

2 dəq
Paylaş:
Yayılması qadağan edilən informasiyaların dairəsi genişləndirilir - 19.12.2025
İnternet informasiya ehtiyatında yerləşdirilməsinə yol verilməməli olan qadağan edilən informasiyaların dairəsi genişləndirilir. "Operativ Məlumat...

İnternet informasiya ehtiyatında yerləşdirilməsinə yol verilməməli olan edilən informasiyaların dairəsi genişləndirilir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna edilən yeni - 13-2.3.6-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız İfadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yerləşdirilməsinə yol verməməlidir.

Qanun layihəsi səsverməyə birinci oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax