Operativ Məlumat Mərkəzi

Yaşlı qadın Mingəçevirdə zirzəmiyə düşdü

1 dəq
Paylaş:
Yaşlı qadın Mingəçevirdə zirzəmiyə düşdü

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Mingəçevir şəhəri, N. küçəsində bir nəfər yaşlı qadının təmirdə olan birmərtəbəli obyektin zirzəmisinə düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri hadisə yerinə cəlb edilib.

Hadisə yerində qiymətləndirilərkən məlum olub ki, 1951-ci il təvəllüdlü R.Osmanova dərinliyi 2 metr olan zirzəmidə köməksiz vəziyyətə qalıb.

Yanğınsöndürən-xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə vətəndaşı zirzəmidən təcili tibbi yardım briqadasına təhvil veriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax