Əsas məzmuna keç

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən şəbəkə üzvləri saxlanılıb

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən şəbəkə üzvləri saxlanılıb

Yardımlı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışında şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə "Operativ Məlumat...

Yardımlı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışında şübhəli şəxslər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirdikləri növbəti tədbirləri nəticəsində 32 yaşlı Məhburə Əsgərli saxlanılıb.

Ondan 3 marixuana aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində onun narkotik vasitəni əldə etdiyi şəxsin əvvəllər məhkum olunmuş 43 yaşlı Natiq Mirzəyev olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb. N.Mirzəyevin Yardımlı rayonu ərazisində yerləşən yaşadığı evin yaxınlığındakı yarımtikilidə gizlətdiyi 3 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Araşdırmalarla onların İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqları və narkotikləri maddi gəlir qarşılığında paytaxt ərazisindəki ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.

Faktla bağlı başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…