Əsas məzmuna keç

Yararsız qida məhsulları məhv edildi

Yararsız qida məhsulları məhv edildi

bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, “Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının...

Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görür, həmçinin bu istiqamətdə subyektləri ilə əməkdaşlığı davam etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, “Foodini” MMC-nin istehlaka yararsız və istifadə bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı agentliyə daxil olan müraciəti əsasında, ümumi çəkisi 7,355 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…