Əsas məzmuna keç

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb - 07.01.2024 11:57

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb - 07.01.2024 11:57

bunu Yaponiyanın regional hakimiyyət orqanlarının məlumatları təsdiq edir. Qeyd edilib ki, təcili yardım xidmətləri hələ də 222 nəfəri tapa bilməyib. Ən...

Yaponiyada silsilə zəlzələ nəticəsində ölənlərin sayı 128-ə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın orqanlarının məlumatları təsdiq edir.

Qeyd edilib ki, təcili yardım xidmətləri hələ də 222 tapa bilməyib. Ən böyük ziyan İsikava prefekturasına dəyib. Təsirə məruz qalan bölgədə elektrik, su və yanacaq çatışmazlığı davam edir.

Yaponiya qüvvələrinin də cəlb olunduğu fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı davam edir. Xilasedicilər bir gün əvvəl dağıntılar altında beş gün qalmış 90 yaşlı qadını çıxarmağa müvəffəq olublar.

Son məlumatlara görə, nəticəsində 560 nəfər xəsarət alıb. Yaponiyada zəlzələlər nəticəsində ölənlərin sayı 2016-cı ildən, ölkənin cənub-qərbindəki Kumamoto prefekturasında 273 nəfərin ölümünə səbəb olan dağıdıcı zəlzələdən sonra ilk dəfə olaraq 100 nəfəri ötüb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…