Əsas məzmuna keç

Yaponiya region ölkələrini birləşdirəcək yeni sualtı kabel layihəsi həyata keçirir

Yaponiya region ölkələrini birləşdirəcək yeni sualtı kabel layihəsi həyata keçirir

NTT DATA korporasiyasının rəsmi saytında yayılan məlumata görə, layihə Yaponiya, Malayziya və Sinqapuru birləşdirəcək, eyni zamanda Cənubi Koreya,...

ru

Yaponiyanın “NTT DATA”, “Sumitomo Corporation” və “JA Mitsui Leasing” şirkətləri Yaponiyanı Asiya-Sakit okean regionunun bir sıra ölkələri ilə birləşdirəcək iri miqyaslı kommunikasiya kabelinin çəkilməsini planlaşdırır.

“Operativ Məlumat Mərkəzi-OMM” xarici KİV-ə istinadən xəbər verir ki, NTT DATA korporasiyasının rəsmi saytında yayılan məlumata görə, layihə , Malayziya və Sinqapuru birləşdirəcək, eyni zamanda , Filippinlər və Tayvana çıxışları olan 8,1 min kilometr uzunluğunda kabel şəbəkəsini əhatə edəcək.

Şirkətin xidmətinin bildirdiyinə görə, layihənin icrası məqsədilə tərəfdaşlar birlikdə “Intra-Asia Marine Networks” adlı yeni şirkət yaradacaqlar.

Sualtı kabel 16-ya qədər optik lif cütlüyünə malik olacaq və bu da təxminən 320 terabit/saniyə ötürmə qabiliyyəti təmin edəcək.

Layihənin 2029-cu ilə qədər tamamlanması nəzərdə tutulur. Onun dəyəri təxminən 1 milyard dollar həcmində qiymətləndirilir. Kabelin çəkilməsi regionda rabitə şəbəkələrinin etibarlılığının artırılması, xüsusilə təbii fəlakətlər zamanı əlaqənin davamlılığının təmin olunması baxımından vacib hesab edilir.

Qeyd edək ki, “Nikkei Asia” portalının məlumatına əsasən, ötən il Yaponiya və Sinqapur 2029-cu ilə qədər uzunluğu 8,9 min kilometr olan və bu ölkələri İndoneziya, Bruney, Malayziya, Filippinlər, Koreya Respublikası və Tayvanla birləşdirəcək başqa bir sualtı kabel layihəsini də elan etmişdilər.

Portalın məlumatında vurğulanır ki, dünya ölkələri arasında ötürülən bütün məlumatların təxminən 99 faizi məhz sualtı kabellər vasitəsilə təmin olunur. Bu səbəbdən həmin infrastruktur obyektləri artıq ölkələrin iqtisadi və rəqəmsal təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan əsas obyektlərdən biri hesab olunur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…