Operativ Məlumat Mərkəzi

Yalçın Rəfiyev Somalinin naziri ilə müdafiə sahəsində əlaqələrin gücləndirilməsini müzakirə edib

2 dəq
Paylaş:
Yalçın Rəfiyev Somalinin naziri ilə müdafiə sahəsində əlaqələrin gücləndirilməsini müzakirə edib

Somalidə səfərdə olan Azərbaycanın nazirinin müavini Yalçın Rəfiyev Afrika ölkəsinin Abdulbakir Məhəmməd Nurla iki ölkə arasında müdafiə sahəsində əlaqələrin gücləndirilməsini müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə müdafiə naziri sosial şəbəkədə bildirib.

"Bu gün (fevralın 4-də – red.) Müdafiə Nazirliyinin mənzil-qərargahında xarici işlər nazirinin müavini cənab Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdim. Biz iki ölkə arasında, xüsusən də müdafiə sahəsində əlaqələrin gücləndirilməsini müzakirə etdik", – o qeyd edib.

Bundan başqa, azərbaycanlı diplomat Moqadişoya səfəri çərçivəsində bu ölkənin neft və mineral ehtiyatlar naziri Dahir Şirlə də görüşüb.

"<....> Şir xarici işlər nazirinin müavini Zati-aliləri Yalçın Rafiyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüşdə neft və sahəsində ikitərəfli müzakirə olunub. Müzakirələr Somali və Azərbaycan arasında investisiya imkanları və əməkdaşlığın gücləndirilməsinə yönəlib", – Somalinin Neft və Mineral Ehtiyatlar Nazirliyinin məlumatında diqqətə çatdırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax