Operativ Məlumat Mərkəzi

"Yağış yağacaq, şimşək çaxacaq..." - SABAH İLƏ BAĞLI XƏBƏRDARLIQ!

2 dəq
Paylaş:
"Yağış yağacaq, şimşək çaxacaq..." - SABAH İLƏ BAĞLI XƏBƏRDARLIQ!

Sentyabrın 10-da Bakıda və yarımadasında əsasən yağmursuz olacaq. Lakin gecə və bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. cənub-şərq küləyi əsəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli az yağış yağacağı, çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax