Operativ Məlumat Mərkəzi

Yağış yağacaq, güclü külək əsəcək - SABAHIN HAVASI

2 dəq
Paylaş:
Yağış yağacaq, güclü külək əsəcək - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?

Sentyabrın 11-də gözlənilən açıqlanıb.

Bakıda və yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağacağı ehtimal olunur. Güclü -qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 25-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-22, gündüz 27-30, dağlarda gecə 8-13, gündüz 14-17 dərəcə isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax