Operativ Məlumat Mərkəzi

Yağıntılı və küləkli hava müşahidə olunur - FAKTİKİ HAVA

2 dəq
Paylaş:
Yağıntılı və küləkli hava müşahidə olunur - FAKTİKİ HAVA

İyunun 24-ü saat 09:00-a olan açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli müşahidə olunur.

Bildirilib ki, düşən yağıntının miqdarı Balakəndə 38, Zaqatalada 31, Sarıbaşda (Qax) 15, Daşkəsəndə 5, Şəki, Göygöl və Gədəbəydə 3, , Ordubad, Gəncə, Naftalan, Şəmkir, Oğuz, Şahdağ, Tərtər, Yevlax, Sabirabad, Ağstafa, İsmayıllı, Lənkəran, Mingəçevir, Astara, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi və Xocalıda 1 mm-dir.

"Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Goranboyda 23, Naftalanda 22, Mingəçevirdə 20, Tərtərdə 16, Bərdə, Culfa, Şəkidə 15 m/s-dək güclənib. Daşkəsən, Göygöl, Qax, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və yarımadasında 28, Naxçıvan MR-da 31, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti qeydə alınır",-məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax