Operativ Məlumat Mərkəzi

“Xüsusi icra məmurları haqqında” Qanun təsdiqlənib

2 dəq
Paylaş:
“Xüsusi icra məmurları haqqında” Qanun təsdiqlənib

“Xüsusi icra məmurları haqqında” Qanun təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İlham Əliyev müvafiq Qanunu imzalayıb.

Qanuna əsasən xüsusi icra məmuru bu Qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin (bundan sonra – icra sənədləri) icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi (bundan sonra – şəhadətnamə) almış fiziki şəxsdir.
Xüsusi icra məmuru məcburi icra orqanı statusuna malikdir, fəaliyyətini peşəkar əsaslarla həyata keçirir. Xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsi hesab edilmir.
Xüsusi icra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmur.

Xüsusi icra məmurunun fəaliyyətinin əsaslarını Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar müqavilələr, bu Qanun, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax